0:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
 
  
Dekabrın 6-da Müvəkkil və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejim bölməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının əməkdaşları Vahidə Bayramova, Həsən Həsənov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Nizami Nəcəfov, Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinin əməkdaşları və məhkumlar iştirak edib.
Müvəkkil aparatının əməkdaşı Vahidə Bayramova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov giriş sözü ilə çıxış edərək bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin müəssisəsə əməkdaşlarının və məhkumların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynadığını vurğulayıblar.
Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "10 Dekabr Ümumdünya İnsan Hüquqları Günüdür" mövzusunda çıxışı dinlənilib, bu tarixi günün mahiyyəti və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
06.12.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).