11:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın əməkdaşları N saylı hərbi hissədə olublar.
 
 
Dekabrın 8-də Müvəkkil və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə tədbir keçirilib.
Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi məqsədilə keçirilmiş tədbirdə Müvəkkil aparatının əməkdaşları Rəmzi Həsənov, Sadiq Babayev, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Xəyal Əliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Müvəkkil aparatının əməkdaşı Sadiq Babayev və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Xəyal Əliyev giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.
Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Rəmzi Həsənovun "10 Dekabr Ümumdünya İnsan Hüquqları Günüdür" mövzusunda çıxışı dinlənilib, bu tarixi günün mahiyyəti və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, xidməti vəzifələr ilə bağlı müvafiq tövsiyələr verilib.
 
08.12.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).