15:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Yeniyetmə qızların liderlik və motivasiya məktəbi" layihəsinin lider qızları Ombudsman təsisatında olublar.
 
 
 
 
Dekabrın 22-də "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, onun nümayəndə heyəti və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan lider qızla Ombudsman təsisatında görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkili Günay Rzayeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, əməkdar həkim Yazgül Rzayeva iştirak edib.
Görüş zamanı Müvəkkil Günay Rzayeva Ombudusman təsisatı haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə böyük diqqətlə yanaşılır.
 
 
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı tərəfindən uşaqlarla motivasiya xarakterli söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
 
 
Sonda fikir mübadiləsi aparılıb, qızların əl işlərindən ibarət tablo və hədiyyələr təqdim olunub.
 
 
22.12.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).