14:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman aparatının əməkdaşları tərəfindən şəhid ailəsi ziyarət olunub.
 
 
 
Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbəri Qasım Bayramov və Aparatın şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafəsi üzrə baş məsləhətçisi Təhminə Ələkbərova tərəfindən İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Quliyev Vəli Kamal oğlunun ailəsi ziyarət olunub.
Görüşdə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, İkinci Qarabağ müharibəsi zamanı hərbiçilərimizin göstərdiyi şücaət və qəhrəmanlığından, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunub.
Ailə üzvləri şəhidin xidməti fəaliyyəti, təltif edildiyi orden və medallar barədə məlumat verib, onun özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Həmçinin bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Şəhid ailəsi dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib.
 
27.12.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).