7:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Preventiv qrup tərəfindən bir sıra başçəkmələr həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən ötən ilin IV rübü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil nazirliklərinin və Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib.
Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə, Şərur Rayon Polis İdarəsi və İbadulla Polis Bölməsinə, Culfa Rayon Polis Şöbəsinə, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinə, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Şərur Dəmiryol Nəqliyyatında Polis Bölməsi və Culfa Dəmiryol Nəqliyyatında Polis Bölməsinə, həmçinin Nazirliyin Müvəqqəti Saxlama Yerinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti monitorinq olunub.
 
 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-2, Ciddi rejim və Qadınlar bölmələrinə həyata keçirilmiş başçəkmələr zamanı saxlanma şəraiti və rəftar məsələləri, hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələri, ailə üzvləri ilə görüş, müraciət etmək hüququ və məlumat əldə etmək imkanları araşdırılıb.
 
 
 
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı məktəbin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.
 
 
 
Bundan başqa Müvəkkilin Preventiv qrupu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən Mərkəzdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait və rəftar məsələləri araşdırılıb, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilib, habelə məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
 
10.01.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).