7:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Seçki hüququ ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.


Yanvarın 19-da Müvəkkil aparatının və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının əməkdaşları Asiman Abbasov, Həsən Həsənov, Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Səfərov və Müvəqqəti Saxlama Yerinin şəxsi heyəti iştirak edib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Səfərov və Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov giriş sözü ilə çıxış edərək seçki hüququnun ümumi hüquq münasibətləri içərisində xüsusi yeri və demokratik cəmiyyətin inkişaf etməsi sahəsindəki rolundan danışıblar.
Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov "Seçki hüququnun pozulmasına görə məsuliyyət" mövzusunda çıxış edərək, vətəndaşların seçki hüququnun pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Müvəkkil təsisatı vətəndaşların seçki hüququnun müdafiəsi sahəsində ardıcıl işlər görür, muxtar respublikada seçki hüquqlarının təmini vəziyyətini daim diqqətdə saxlayır.
Sonda iştirakçıları maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşları tərəfindən cavablandırılıb.
19.01.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).