9:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Daxili Qoşunların hərbi qulluqçularının seçki hüquqlarının təmini ilə bağlı tədbir keçirilib.


Yanvarın 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşları Asiman Abbasov, Həsən Həsənov və Daxili Qoşunların hərbi qulluqçuları iştirak edib.
Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov giriş sözü ilə çıxış edərək seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən hərbi qulluqçuların yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi vurğulayıb.
Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov "Seçkilər demokratiyanın təmin edilməsi və inkişaf etməsində mühüm amildir" mövzusunda çıxış edərək, demokratik seçkilərin keçirilməsi və hərbi qulluqçuların seçki hüquqlarının təmin olunması barədə geniş məlumat verib.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

31.01.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).