9:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masa keçirilib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Mərkəzi Seçki Komissiyası və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə Səbinə Əliyeva açaraq vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlərin görüldüyünü, seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığını və seçki qanunvericiliyi, seçki prosedurları barəsində geniş məlumat verib.
Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev çıxış edərək növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu" barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək bildirib ki, Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyət öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.
02.02.2024














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).