6:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkil Günay Rzayeva II Qarabağ müharibəsinin gənc veteranları ilə görüşüb.


Fevralın 3-də Müvəkkil təsisatında II Qarabağ müharibəsinin gənc veteranları, o cümlədən "Naxçıvan qaziləri" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
Əvvəlcə görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə Müvəkkil Günay Rzayeva, Müvəkkil aparatının əməkdaşları və "Naxçıvan qaziləri" İctimai Birliyinin üzvləri iştirak ediblər.


Müvəkkil Günay Rzayeva bildirib ki, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təmini vəziyyəti daim diqqətdə saxlanılır, onlarla mütəmadi görüşlər keçirilir, tədbirlərdə onların nümayəndələrinin iştirakı təmin olunur. Qeyd olunub ki, şəhid ailələri və müharibə veteranları tərəfindən ictimai birliklərin yaradılması onların hüquqlarının təmin edilməsi istiqamətində səmərəliliyin artırılmasında və vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində mühüm töhfədir.
Sonra Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov birliyin fəaliyyət istiqaməti barədə danışaraq bildirib ki, muxtar respublikada ictimai birliklərin fəaliyyəti üçün lazımi şərait yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. İctimai birliyin nümayəndələri səmimi görüşə görə Müvəkkilə minnətdarlıq edib, müharibə veteranlarının dövlətimizin qayğısını hər zaman üzərlərində hiss etdiklərini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

03.02.2024














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).