14:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Məhkumların seçki hüquqlarının təmini vəziyyəti öyrənilib.


Fevralın 5-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının əməkdaşları Vahidə Bayramova, Həsən Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, Ümumi rejim-1 bölməsinin əməkdaşları və məhkumlar iştirak edib.
Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov giriş sözü ilə çıxış edərək demokratik seçkilərin keçirilməsi və məhkumların seçki hüququnun təmin edilməsi ilə bağlı görülən işlər və bu sahədə birgə həyata keçirilən hüquqi maarifləndirimə tədbirlərinin xüsusi əhəmiyyətindən danışıblar.
Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Məhkumların seçki hüququ" mövzusunda çıxışı dinlənilib, məhkumların və həbs yerlərində saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər və seçki qanunvericiliyinə əsasən məhkumların hüquqlarının təmin olunması qaydaları barədə geniş məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Müvəkkil aparatının əməkdaşları tərəfindən məhkumları maraqlandıran suallar cavablandırılıb.

05.02.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).