21:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda tədbir keçirilib.


Fevralın 9-da Müvəkkil təsisatı və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Orta İxtisas Polis Məktəbində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Orta İxtisas Polis Məktəbinin müəllim və kursant heyəti iştirak edib.


Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov açaraq qeyd edib ki, Müvəkkil təsisatı ilə birgə həyata keçirilən tədbirlər Orta İxtisas Polis Məktəbinin kursant heyətinin hüquqi biliklərinin artırılması və nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda geniş çıxışı dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

09.02.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).