0:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva muxtar respublika sakinləri ilə görüş keçirib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müxtəlif əlamətdar günlərlə əlaqədar rayonlarda aksiyalar, vətəndaş görüşləri keçirir.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Ombudsman Günay Rzayeva muxtar respublikanın bütün rayonlarında vətəndaşlarla görüşüb, onların hüquqlarının müdafiəsini həyata keçirib.


Görüşlər zamanı müraciət edən vətəndaşlardan 40-nın müraciəti araşdırma üçün icraata qəbul edilib. Digər müraciətlərlə bağlı vətəndaşlara yerində köməklik göstərilib, hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, daxil olan müraciətlərin əksəriyyətini əmək, sosial təminat, mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ təşkil edib.

27.02.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).