10:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Muxtar Respublikanın 100 illik yubileyi ilə bağlı tədbirlər davam etdirilir.

Martın 15-də Ombudsman və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə Təlim-Tədris Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi məqsədilə keçirilmiş tədbirdə Müvəkkil aparatının əməkdaşları Asiman Abbasov, Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Sərxan İmanov və şəxsi heyət iştirak edib.
Müvəkkil aparatının əməkdaşı A.Abbasov və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı S.İmanov giriş sözü ilə çıxış edərək Naxçıvanın muxtar respublika statusunun 100 illik tarixinin onun taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsindəki xüsusi əhəmiyyətindən və Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki rolundan danışıblar.
Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda çıxış edərək, tarixi zərurətdən doğan muxtariyyət statusunun verilmə səbəbləri, Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması və hüquqi cəhətdən möhkəmləndirilməsi haqqında geniş məlumat verib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

15.03.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).