12:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın preventiv mexanizm və müstəqil monitorinq mexanizmi funksiyaları çərçivəsində tədbirlər davam etdirilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin I rübü ərzində muxtar respublikada beynəlxalq konvensiyaların tətbiqi, insan hüquqlarının qorunması, bərabərlik hüququnun təmin olunması sahələrində preventiv mexanizm və müstəqil monitorinq mexanizmi funksiyalarının icrası yerinə yetirilib.


Belə ki, Preventiv qrup tərəfindən daxili işlər, səhiyyə, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən 12 başçəkmə, eləcə də Monitorinq qrupları tərəfindən təhsil, mədəniyyət, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tabeliyində olan müəssisələrdə 32 monitorinq həyata keçirilib.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsinə, Babək və Şərur rayon polis idarələrinə, həmçinin Culfa, Kəngərli, Sədərək rayon polis şöbələrinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejim bölməsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə və Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə həyata keçirilmiş başçəkmələr zamanı rəftar məsələləri, saxlanma şəraiti və sənədləşmənin aparılması vəziyyəti araşdırılıb.


Başçəkmələr zamanı şəxsi heyət, o cümlədən saxlanılan və ya müalicə alan şəxslər fərdi və kollektiv qaydada qəbul olunaraq onların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.




Həmçinin "Uşaq hüquqları haqqında" Konvensiyanın və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın muxtar respublikada həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını icrası məqsədilə Ombudsmanın Monitorinq qrupları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan 25 müəssisədə, Mədəniyyət Nazirliyinin tabeliyində olan 3 müəssisədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 müəssisədə və Səhiyyə Nazirliyinin tabeliyində olan 2 müəssisədə insan hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.




23.04.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).