11:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunub.


1993-cü ildə BMT-nin Baş Məclisi mayın 3-nü "Ümumdünya Mətbuat Azadlığı Günü" elan edib.


Bu münasibətlə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Naxçıvan Dövlət Texniki Kollecində "Mətbuat və söz azadlığı" mövzusunda tədbir keçirilib.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və Aparatın əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, media nüməyəndələri, o cümlədən Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti iştirak edib.


Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, videoçarx izlənilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu əlamətdar günün əhəmiyyəti və muxtar respublikada mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlər barəsində danışıblar.
Sonda fikir mübadiləsi aparılıb.

03.05.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).