12:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri və sağlam ətraf mühitdə yaşamaq hüququ" mövzusunda tədbir keçirilib.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları,ekologiya könüllüləri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi Azər Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və əhəmiyyəti barədə danışıblar.


Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Mətin Allahverdiyevin "Sağlam ətraf mühitdə yaşamaq hüququ konstitusion normadır", Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı İsfəndiyar Qasımovun "Sağlam ətraf mühitdə yaşamaq hüququ beynəlxalq aspektdə", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Gülsüm Ələkbərovanın "İqlim dəyişikliyinin insan sağlamlığına təsiri, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması yolları" və Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərovanın "Ətraf mühitin insan sağlamlığına təsiri" mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ilə bağlı videoçarx izlənilib və fikir mübadiləsi aparılıb.

08.05.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).