11:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda Beynəlxalq Ailə Günü qeyd olunub.


BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsi ilə 15 may dünyada "Beynəlxalq Ailə günü" kimi qeyd olunur.
Bu əlamətdar günlə bağlı mayın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman), Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ailə münasibətlərini tənzimləyən məhkəmə aktları üzrə tərəflər və onların uşaqları ilə maarifləndirici görüş keçirilib.


Görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, müvafiq dövlət orqanlarının əməkdaşları, rəssamlar, psixoloqlar, ailə münasibətlərini tənzimləyən məhkəmə aktları üzrə tərəflər və onların uşaqları iştirak edib.
Uşaqların əylənə biləcəyi, ünsiyyət qabiliyyətinin inkişaf etdirməyə kömək edən şəraitdə təşkil edilmiş görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Günay Rzayeva və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov cəmiyyətin formalaşmasında ailənin mühüm rol oynadığını, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılalara hörmət ruhunda tərbiyə olunması, uşaqların psixoloji vəziyyəti, sağlam həyat tərzinin təbliği cəmiyyətin sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.


Tədbirdə iştirak edən rəhbər şəxslərlə valideynlər arasında səmimi ünsiyyət yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb, ailə münasibətlərini tənzimləyən məhkəmə aktlarının icrası üzrə anlaşılması tərəflər üçün çətinlik yaradan məqamlar müzakirə edilib.
Tədbirdə rəssamlar və psixoloqların iştirakı ilə artterapiya aparılıb, çəkilən rəsmlər əsasında psixoloqlar tərəfindən həmin uşaqların mənəvi-psixoloji vəziyyəti təhlil edilərək onların valideynləri ilə müzakirə edilib və lazımi tövsiyələr verilib.

16.05.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).