11:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Uşaq hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.


Uşaq hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan körpələr evi-uşaq bağçası və orta məktəblərdə, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərində monitorinqlər həyata keçirilib.


Monitorinqlər zamanı Ombudsmanın "Uşaq hüquqları haqqında" Konvensiyanın və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın muxtar respublikada həyata keçirilməsinin, bərabərlik hüquqununun təmin olunmasının, ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizm funksiyası həyata keçirilib.


Monitorinqlər zamanı müəllim və şagird heyəti ilə kollektiv söhbətlər aparılaraq Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə danışılıb, onların hüquqlarının müdafiəsinin daha səmərəli təşkili məqsədilə Ombudsman tərəfindən müəssisə rəhbərlərinə tövsiyələr verilib.



17.05.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).