11:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada "İnsan Hüquqları Aylığı" ilə bağlı MÜRACİƏTİ.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən 18 iyun tarixi hər il ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün bütün ölkədə olduğu kimi, muxtar respublikada da geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
İnsan hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2024-cü ildə də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan edilib. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 18 may 2024-cü il tarixli müraciəti ilə bağlı muxtar respublikada bütün aidiyyəti qurumları "İnsan Hüquqları Aylığı"na qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, aylıq çərçivəsində insan hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırıram.

      Günay Rzayeva
    Naxçıvan Muxtar Respublikasının İnsan
  Hüquqları üzrə Müvəkkili (Ombudsman)

  18 may 2024-cü il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).