11:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ön xətdə xidmət edən hərbi qulluqçularla görüş keçirilib.


Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir.
Növbəti görüş İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissənin ön xətdə xidmət edən şəxsi heyəti ilə baş tutub.
Görüşdə Ombudsmanın əməkdaşları Rəşid Talıbov, Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Pərvin Həsənquliyev və hərbi hissənin ön xətdə xidmət edən hərbi qulluqçuları iştirak edib.
Müvəkkil aparatının əməkdaşı Rəşid Talıbov və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Pərvin Həsənquliyev giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.
Sonra Ombudsmanın əməkdaşı Həsən Həsənov hərbi qulluqçuların hüquq və vəzifələri barədə görüş iştirrakçılarına məlumat verib.
Sonda şəxsi heyəti maraqlandıran suallar Ombudsmanın əməkdaşları tərəfindən cavablandırılıb.

31.05.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).