Ombudsmanın əməkdaşları qanvermə aksiyasında iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında iştirak edib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada tibb işçilərinin və donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb, könüllülər tibbi müayinədən keçirilib, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb. Xeyirxahlıq aksiyası muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyır.
31.05.2024
|