17:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzi publik hüquqi şəxsində monitorinq həyata keçirilib.


İyunun 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzi publik hüquqi şəxsində monitorinq həyata keçirilib.


Monitorinq zamanı Ombudsman tərəfindən Mərkəzdə müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanasına, mətbəxinə və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi və tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.


Xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman tərəfindən müəssisədə müalicə alan şəxslərlə fərdi və konfidensial qaydada söhbətlər aparılıb.
Monitorinq zamanı müalicə alan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

07.06.2024

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).