11:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"İnsan Hüquqları Aylığı" çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.


İyunun 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsində, Babək qəsəbə 1 saylı tam orta məktəbdə və Naxçıvan regional "ASAN xidmət" mərkəzində silsilə tədbirlər həyata keçirilib.


Müvafiq olaraq tədbirlərdə Ombudsmanın əməkdaşları, aidiyyəti dövlət orqanlarının nümayəndələri, könüllülər, müəllim və şagird heyəti iştirak edib.
Ombudsmanın əməkdaşları çıxış edərək ölkəmizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Sonra Ombudsman təsisatı tərəfindən hazırlanmış və Azərbaycanda insan hüquqlarının inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.



Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



08.06.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).