15:46 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

"İnsan Hüquqları Aylığı" çərçivəsində silsilə tədbirlər keçirilib.


İyunun 11-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində və Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hüquqi maarifləndirmə tədbirləri keçirilib.


İnsan Hüquqları Günü ərəfəsində keçirilən tədbirlərdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və aidiyyəti dövlət orqanlarının əməkdaşları iştirak edib.
Ombudsmanın əməkdaşı Asiman Abbasov ölkəmizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Sonra Ombudsman təsisatı tərəfindən hazırlanmış və Azərbaycanda insan hüquqlarının inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

12.06.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).