15:46 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları seminarda iştirak edib.


İyunun 13-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə "Məcburi yerdəyişməyə məruz qalmış və vətəndaşlığı olmayan şəxslərin himayəsi" mövzusunda seminar keçirilib.


"İnsan Hüquqları Aylığı" çərçivəsində Bakı şəhərində keçirilən seminarda hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Rəşid Talıbov və Vahidə Bayramova da iştirak edib.


Seminarda mövzu ilə bağlı çıxışlar dinlənilib, ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılıb.

13.06.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).