5:22 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın əməkdaşları İnsan Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirdə iştirak edib.


İyunun 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə bir sıra dövlət orqanlarının nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları da iştirak edib.


Tədbirdə Ombudsmanın əməkdaşı Təhminə Ələkbərova çıxış edərək qadınların əmək hüquqları, bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri, Ombudsmanın mandatı və qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Sonda fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

14.06.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).