9:31 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

"Uşaq hüquqlarına dair məlumat sessiyası" mövzusunda təlim keçirilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində "Uşaq hüquqlarına dair məlumat sessiyası" mövzusunda təlim keçirilib.


Dövlət orqanlarının nümayəndələri və müəllimlərin iştirakı ilə keçirilən təlimdə Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində Müvəkkilin səlahiyyətləri və muxtar respublikada bu istiqamətdə görülən işlər barədə məlumat verib.


Sonra Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı Aygün Arifli uşaqların beynəlxalq və milli qanunvericilikdə hüquqları barədə təqdimatla çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


14.06.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).