5:30 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

"İnsan Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən tədbirlər yekunlaşıb.


İyunun 27-də "İnsan Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən tədbirlərin yekunu olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə insan hüquqları ilə bağlı elan edilən məqalə müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.


Müvəkkil təsisatında keçirilən mərasimdə Ombudsman Günay Rzayeva, aparatın əməkdaşları və müsabiqənin qalibləri iştirak edib.
Ombudsman Günay Rzayeva çıxış edərək muxtar respublikada insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi sahəsində aparılan islahatlar, "İnsan Hüquqları Aylığı" çərçivəsində 19 dövlət qurumu tərəfindən həyata keçirilmiş 100-dən artıq tədbir və görülən işlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edilib ki, Ombudsman tərəfindən keçirilən silsilə tədbirlər cəmiyyətdə hüquq düşüncəsinin, hüquqi şüurun, hüquq mədəniyyətinin və vətəndaş cəmiyyətinin davamlı inkişafı prosesinə töhfə vermək məqsədi daşıyır.


Sonra Ombudsman təsisatı tərəfindən hazırlanmış və Azərbaycanda insan hüquqlarının inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.


Məqalə müsabiqəsinin yekunlarına əsasən birinci yerə Emin Novruzov, ikinci yerə Həsən Ələsgərov, üçüncü yerə isə Orxan Qafarov layiq görülüb. Sonda qaliblərə fəxri fərman və pul mükafatları təqdim edilib.

27.06.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).