5:34 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman aparatında 2024-cü ilin birinci yarımilinin yekunları müzakirə olunub.


İyulun 1-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2024-cü ilin birinci yarısı ilə bağlı yığıncaq keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva giriş sözü ilə açaraq, cari ilin ötən dövründə təsisat fəaliyyətini insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması istiqamətində quraraq, icraata daxil olan 95 şikayət, 53 ərizə olmaqla, ümumilikdə 148 müraciətin araşdırılması və müvafiq işlərin görülməsi haqqında məlumat verib.
Bildirilib ki, insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib.
2024-cü ilin birinci yarımili ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, 26 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 28 başçəkmə həyata keçirilib, ümumilikdə, 348 şəxslə ümumi, 37 şəxslə fərdi qaydada söhbət aparılıb.
Həmçinin Müvəkkilin "Uşaq hüquqları haqqında" Konvensiyanın və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın muxtar respublikada həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını icrası məqsədilə Müvəkkil və onun Monitorinq qrupu tərəfindən ümumilikdə 78 müəssisəyə, 80 monitorinq həyata keçirilib.
Qeyd olunub ki, Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin insan hüquqlarına dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib.
Daha sonra Müvəkkil qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları ilə qarşılıqlı əməkdaşlığını inkişaf etdirməli, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsini və hüquqi maarifləndirmə işini mütəmadi olaraq təkmilləşdirməlidir.

01.07.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).