9:20 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman aparatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbəri Qasım Bayramov və Aparatın baş məsləhətçisi Təhminə Ələkbərova İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Hacıyev Şükür Bayram oğlunun və İbrahimov Ayaz Sultan oğlunun ailələrini ziyarət ediblər.


Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, İkinci Qarabağ müharibəsi zamanı hərbiçilərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlarından, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunub.
Ailə üzvləri şəhidlərin xidməti fəaliyyətləri, təltif edildikləri orden və medallar barədə məlumat verib, xatirələrini bölüşüblər.


Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

04.07.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).