5:27 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.


İyulun 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xələfov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.
Tədbirləri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xələfov açaraq tədbirlər planına uyğun olaraq sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlərin həyata keçirildiyini və bugünkü tədbirin hərbi qulluqçuların maarifləndirilməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Sonra Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov sərhəd müfafizə orqanlarının hərbi qulluqçularının hüquq və vəzifələri, o cümlədən onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş təminatlar və məsuliyyət barədə geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

09.07.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).