Ombudsman Günay Rzayeva BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi ilə görüşüb.
İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.
Görüşdə Ombudsman Günay Rzayeva qonağı salamlayaraq, muxtar respublikanın yeni inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinin davamlı inkişafı üçün yaradılan geniş imkanlar və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüləcək işlər müzakirə olunub.
Alessandra Rokkasalvo öz növbəsində səmimi görüşə görə Ombudsman Günay Rzayevaya minnətdarlığını bildirib.
18.07.2024
|