Kəngərli rayonunda vətəndaşların seçki hüququ sahəsində maarifləndirilməsi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq avqustun 15-də Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında "Vətəndaşların seçki hüququnun konstitusion əsasları" mövzusunda tədbir keçirilib.
Parlament seçkilərinə həsr olunmuş növbəti tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri və gənc seçicilər iştirak edib. Əvvəlcə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Həsənzadə giriş nitqi ilə çıxış edərək vətəndaşların seçki hüququnun konstitusion əsasları, seçkilərin insan hüquq və azadlıqlarının təmini və milli qanunvericiliyin inkişafı prinsiplərinə uyğun həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sonra "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə "Mənim seçki hüququm" adlı bukletlər paylanılıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
15.08.2024
|