13:05 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

2024-cü ilin may-iyul aylarında Ombudsmanın preventiv mexanizm və müstəqil monitorinq mexanizmi funksiyaları icra olunub.


Cari ilin may - iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən daxili işlər, səhiyyə, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən 10 başçəkmə, eləcə də Monitorinq qrupları tərəfindən təhsil, mədəniyyət, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin tabeliyində olan müəssisələrdə 38 monitorinq həyata keçirilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Şahbuz, Dəmiryol Nəqliyyatında və Hava Nəqliyyatında polis şöbələrinə, Babək Rayon Polis İdarəsinin Cəhri polis bölməsinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-2 bölməsinə, Təhsil Nazirliyinin Ordubad şəhər tam orta internat məktəbinə, o cümlədən Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Qarnizon Hauptvaxtına və hərbi hissələrinə həyata keçirilmiş başçəkmələr zamanı rəftar məsələləri, saxlanma şəraiti və sənədləşmənin aparılması vəziyyəti araşdırılıb, şəxsi heyət, o cümlədən saxlanılan və ya müalicə alan şəxslər fərdi və kollektiv qaydada qəbul olunaraq onların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.
Həmçinin "Uşaq hüquqları haqqında" Konvensiyanın və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın muxtar respublikada həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını icrası məqsədilə Ombudsmanın Monitorinq qrupları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan 30 müəssisədə, Mədəniyyət Nazirliyinin tabeliyində olan 2 müəssisədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 müəssisədə və Səhiyyə Nazirliyinin tabeliyində olan 5 müəssisədə insan hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.

19.08.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).