Babək rayonunda vətəndaşların seçki hüququ ilə bağlı dəyirmi masa keçirilib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq avqustun 19-da Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında "Vətəndaşların seçki hüququnun konstitusion əsasları" mövzusunda dəyirmi masa keçirilib. Parlament seçkilərinə həsr olunmuş dəyirmi masada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri və gənc seçicilər iştirak edib. Əvvəlcə Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mirzəyev giriş nitqi ilə çıxış edərək vətəndaşların seçki hüququnun konstitusion əsasları, seçkilərin insan hüquq və azadlıqlarının təmini və milli qanunvericiliyin inkişafı prinsiplərinə uyğun həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Sonra Ombudsman aparatı tərəfindən hazırlanmış "Azərbaycan parlamenti müstəqillik illərində" adlı videoçarx nümayiş olunub, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə "Mənim seçki hüququm" adlı bukletlər paylanılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb. 19.08.2024
|