2:56 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri ilə görüşüb.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə Ombudsman Günay Rzayeva qonaqlara təsisatın vətəndaşların seçki hüququnun təmini və müdafiəsi sahəsində fəaliyyəti barədə geniş məlumat verib. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar həyata keçirilən tədbirlər, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər ilə bağlı Ombudsman Aparatı və Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planının hazırlandığını, bu fəaliyyət planına əsasən muxtar respublikanın şəhər və rayonlarında vətəndaşların seçki hüququnun konstitusion əsasları mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.


Muxtar respublikada insan hüquq və azadlıqlarının səmərəli təmini və müdafiəsi məqsədilə həyata keçirilən fəaliyyət barədə danışan Müvəkkil təsisatın dövlət qurumları, məhkəmə, hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Müvəkkilin preventiv və müstəqil monitorinq mexanizm fəaliyyəti haqqında məlumat verən Günay Rzayeva şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələrin və monitorinqlərin keçirildiyini bildirib, Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

21.08.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).