2:37 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Şahbuz rayonunda baş vermiş mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib.


21 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanova baş çəkib.
Ombudsman Bəxtiyar Sultanovun müayinə və müalicə olunduğu müəssisədə onunla görüşüb, sağlamlıq hüququnun təmini vəziyyəti ilə bağlı məlumat alıb.


Görüş zamanı Müvəkkil bildirib ki, Ermənistanın vaxtilə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir.
Ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törətdiyini bildirən Müvəkkil B.Sultanova şəfa diləyib.

21.08.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).