1:03 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Seçki hüququ ilə bağlı sonuncu tədbir Ordubad rayonunda keçirilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında keçirilən vətəndaşların seçki hüququnun konstitusion əsasları ilə bağlı tədbirlər yekunlaşıb.
Avqustun 26-da keçirilən parlament seçkilərinə həsr olunmuş sonuncu tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc seçicilər və aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Əvvəlcə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov, Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Emin Mehbalıyev giriş nitqi ilə çıxış edərək vətəndaşların seçki hüququnun normativ-hüquqi bazasının təkmilləşdirilməsi, seçkilərin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini və milli qanunvericiliyin inkişafı prinsiplərinə uyğun həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat veriblər.


Sonra Ombudsman aparatı tərəfindən hazırlanmış "Azərbaycan parlamenti müstəqillik illərində" adlı videoçarx nümayiş olunub, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə "Mənim seçki hüququm" adlı bukletlər paylanılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

26.08.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).