15:14 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqlarının müdafiəsi diqqətdə saxlanılır.


Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində həyata keçirilmiş tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və cəza çəkməkdən azad edilmiş şəxslər iştirak edib.
Tədbirdə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Yusif Piriyev giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikasında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və onlara yardım göstərilməsi barədə ətraflı məlumat veriblər.


Sonra Ombudsmanın əməkdaşı Həsən Həsənovun "Cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası", Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Aqşin Kamillinin "Cəza çəkməkdən azad edilmiş şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində görülmüş işlər" mövzusunda çıxışları dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10.09.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).