3:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



tədbir 4

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunun üzvləri tərəfindən Mart ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.

  Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun preventiv qrupunun üzvləri  Naxçıvan Muxtar Respublikası ərazisində azadləqdan məhrumetmə yerlərində , o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini daim diqqət mərkəzində saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv qrupunun üzvləri tərəfindən mart ayı ərzində Naxçıvan MR Səhiyyə Naziriliyinin tabeliyində olan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinə və Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejiminə başçəkmələr həyata keçirmişlər.
Həyata keçirilən başçəkmələr zamanı Preventiv qrupun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar. 
Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                           01/04/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).