0:23 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Tədbir

08 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "N" saylı hərbi hissələrində tədbir keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Qarnizonu tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi marifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə daha bir görüş təşkil edilmişdir.
Bu məqsədlə dekabr ayının 08-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Qarnizonunun müvafiq struktur bölmələri ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən "N" saylı hərbi hissələrinin dayaq məntəqələrində tədbir keçirmişdir.
Həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonunun zabiti Zaur Səmədov, hərbi hissələrin əsgər, zabit və gizir heyəti iştirak etmişlər. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsan) Aparatının əməkdaşı Abil Orucəliyev "Milli qanunvericilikdə İnformasiya əldə etmək hüququ" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, İnformasiyanın azadlığı - demokratik cəmiyyətin təməl daşıdır. İnformasiya əldə edilməsi hüququ başqa insan hüquqlarına nisbətində daha önəmlidir. 
İnformasiya əldə edilməsi hüququ ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində də çoxsaylı hüquq normaları var. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulub.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. 
Eyni zamanda əsgər və zabitlərin hüquqi maarifləndirilməsi məqsədi ilə həyata keçirilən tədbir Naxçıvan Qarnizonunun digər "N" saylı hərbi hissəsində də davam etdirilmişdir. Burada Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev hərbi hissənin əsgər, zabit və gizir heyəti qarşısında "Hərbi əməliyyatlar zamanı beynəlxaq hümanitar hüquq normalarına riayət edilməsi" mövzusunda geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, Beynəlxalq humanitar hüquq dedikdə - silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dovründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusu başa düşülür.
Yekun sözlə çıxış edən Naxçıvan Qarnizonunun zabiti Zaur Səmədov Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hər bir əsgərə, hər bir döyüşçüyə möhkəm cansağlığı və onlara müstəqil dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsində uğurlar arzulamışdır. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. 
 
11.12.2012













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).