3:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



tədbir 5

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən iyun ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən iyun ayı ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin Həbsxana rejiminə, Qadınlar bölməsinə, ümumi rejim-1, ümumi rejim-2 bölmələrinə və İstintaq Təcridxanasına başçəkmələr həyata keçirmişlər.
Həyata keçirilən başçəkmələr zamanı Preventiv Mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibb xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlara rəftarını diqqət mərkəzində saxlamışlar.
Həmçinin, bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanılma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişdlər.
Başçəkmələr zamanı Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

 

                                                                                           02/07/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).