1:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan MR Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
 
Mart ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan MR Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirmişdir. 
Həyata keçirilən tədbirdə Müvəkkil Aparatının əməkdaşları Abil Orucəliyev və Vahidə Bayramova, Naxçıvan MR Səhiyyə Nazirliyinin əməkdaşı Ülvü Qurbanov, Mərkəzin baş həkimi Rəsmiyyə Xasayeva və Naxçıvan Körpələr evi və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Milli qanunvericilikdə İnformasiya əldə etmək hüququ" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 
Abil Orucəliyev qeyd etmişdir ki, İnformasiya hüququ insan haqlarının bünövrəsi olan - "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində əks etdirilib. Maddədə deyilir: "Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir".
İnformasiya əldə edilməsi hüququ ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində də çoxsaylı hüquq normaları var. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulub. 
30 sentyabr 2005-ci il tarixdə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunun məqsədi isə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Son illər Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərinin yaradılması zəruriliyini nəzərə alaraq "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanı ilə muxtar respublikada bu sahədə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Bu gün də muxtar respublikada həmin fərmandan irəli gələn vəzifələrin icrası müvafiq qurumlar tərəfindən təmin edilir. 
Bununla yanaşı muxtar respublikada bu istiqamətdə həyata keçirilmiş digər bir tədbir isə 29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa müvafiq dəyişiklik edilməsi olmuşdur. Həmin dəyişikliyə əsasən muxtar respublikada informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarəetmə orqanları və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Müvəkkilə həvalə edilmiş və həmçinin qanuna informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətlərini özündə əks etdirən yeni müddəalar daxil edilmişdir.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin əməkdaşı Ülvü Qurbanov yekun vurmuşdur. 
 
19/03/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).