23:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "N" saylı hərbi hissədə tədbir keçirmişdir. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Qarnizonu tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə daha bir görüş təşkil edilmişdir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Qarnizonunun müvafiq struktur bölmələri ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonunun zabiti Zaur Səmədov, hərbi hissələrin əsgər, zabit və gizir heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Milli qanunvericilikdə informasiya əldə etmək hüququ" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, informasiyanın azadlığı - demokratik cəmiyyətin təməl daşıdır. İnformasiya əldə edilməsi hüququ başqa insan hüquqlarına nisbətində daha önəmlidir. İnformasiya əldə edilməsi hüququ ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində də çoxsaylı hüquq normaları vardır. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulub.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır
Yekun sözlə çıxış edən Naxçıvan Qarnizonunun zabiti Zaur Səmədov Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hər bir əsgərə, hər bir döyüşçüyə möhkəm can sağlığı və onlara müstəqil dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsində uğurlar arzulamışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
26/08/2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).