8:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



tədbir 7

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.

Mart ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı Abbas İbrahimov və Naxçıvan şəhər polis İdarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Milli qanunvericilikdə İnformasiya əldə etmək hüququ" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.
İnformasiya əldə edilməsi hüququ ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində də çoxsaylı hüquq normaları var. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulub.
30 sentyabr 2005-ci il tarixdə "İnformasiya əldə etmək haqqında" qanun qəbul edilib. Bu Qanunun məqsədi isə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Son illər Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərinin yaradılması zəruriliyini nəzərə alaraq "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanı ilə muxtar respublikada bu sahədə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Bu gün də muxtar respublikada həmin fərmandan irəli gələn vəzifələrin icrası müvafiq qurumlar tərəfindən təmin edilir.
Bununla yanaşı muxtar respublikada bu istiqamətdə həyata keçirilmiş digər bir tədbir isə 29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanununa müvafiq dəyişiklik edilməsi olmuşdur. Həmin dəyişikliyə əsasən muxtar respublikada informasiya sahibi olan dövlət orqanları, yerliözünüidarəetmə orqanları və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Müvəkkilə həvalə edilmiş və həmçinin qanuna informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətlərini özündə əks etdirən yeni müddəalar daxil edilmişdir.
Tədbirə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı Abbas İbrahimov yekun vurmuşdur.

18/03/2014

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).