17:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir.
 
Mart ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ümumi rejim-2 bölməsində tədbir keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Mr Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Məhkumların ərzaq məhsulları, ən zəruri mallar əldə etməsi, bağlama, sovqat və banderol alması" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən cəzaçəkmə müəssisələrində məhkumlar cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə nağdsız hesablaşma ilə şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və ən zəruri mallar əldə edə bilərlər. Bu məqsədlə cəzaçəkmə müəssisələrində istirahət günündən başqa hər gün fəaliyyət göstərən ticarət köşkü təşkil olunur. Ticarət köşkünə getmə vaxtı Cəzaçəkmə müəssisəsinin gün bölgüsü ilə müəyyən olunur. Məhkumlara cəzaçəkmə müəssisələrindəki ticarət köşkü vasitəsilə satışına icazə verilən ərzaq məhsulları və ən zəruri mallar Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş siyahı ilə müəyyən edilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov yekun vurmuşdur.
 
19/03/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).