20:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "BİOWORKS" şirkətinin icraçı direktoru ilə görüşüb.
 
İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniyanın "BİOWORKS" şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb.
 
 
Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə "BİOWORKS" şirkətinin icraçı direktoru Peter Krönerə təşəkkür etmişdir. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin olunduğunu və "Araz" Su Anbarının çirklənməsinin qarşısının alındığını bildirən Ali Məclisin Sədri həmçinin layihənin yerli mütəxəssislərin hazırlanması işindəki əhəmiyyətini vurğuladı.
"BİOWORKS" şirkəti tərəfindən Şahbuz Təmizləyici Qurğusunun tikintisinin həyata keçirildiyini bildirən Ali Məclisin Sədri əməkdaşlıqdan razılığını ifadə etdi və şirkətin kollektivinə uğurlar arzuladı.
Peter Kröner fəaliyyətlərinə verdiyi yüksək qiymətə və layihənin icrası zamanı göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirdi. Naxçıvan şəhər Təmizləyici Qurğu Kompleksinin texnoloji quruluşuna görə Avropada ikinci qurğu olduğunu bildirən qonaq Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olduğunu, bu cür layihələrin icrasını və yerli mühəndislərin hazırlığını inkişafın nəticəsi kimi dəyərləndirdi.
 
13/06/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).