3:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 02.05.2014

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirmişdir. 
Həyata keçirilən tədbirdə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov və müvafiq tibb müəssisəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Psixiatriya müayinəsinin həyata keçirilməsi və psixiatriya dispanser müşahidəsi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Çıxışında Asiman Abbasov Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnun olduğunu və dövlətin müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər gördüyünu, sanitariya-epidemiologiya salamatlığına təminat verdiyini, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaratdığını qeyd etmişdir.
Eyni zamanda A.Abbasov "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun əsas müddəaları və prinsipləri, o cümlədən həmin qanunla tənzimlənən psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi, psixiatriya müayinəsinin aparılması qaydası, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi barədə ətraflı məlumat vermişdir.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
02/05/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).