8:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 12.12.2014

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Körpələr evi Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr evi Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Həyata keçirilən tədbirdə Müvəkkil Aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Mərkəzin baş həkimi Rəsmiyyə Xasayeva və Naxçıvan Körpələr evi Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Seçki hüququ və onun qanunvericilikdə təsbiti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Asiman Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi-referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Lakin bu heç də o demək deyildir ki, xalq səsvermə vasitəsilə öz ayrılmaz suverenliyini seçilənlərə verir. Seçkilər vasitəsilə yalnız Konstitusiyada müəyyən olunmuş səlahiyyətlər çərçivəsində suverenliyin reallaşdırılmasına nail olunur. Həmçinin Konstitusiyamızın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Hər bir vətəndaşın seçmək və seçilmək, referendumda iştirak etmək hüququna malik olduğunu nəzərə çatdıran Asiman Abbasov vurğulamışdır ki, xalqın iradəsi ümumi, bərabər və birbaşa seçkilərdə və ümumxalq səsverməsində-referendumda öz əksini tapır. Hər hansı bir vətəndaşı yalnız məhkəmə vasitəsilə seçki hüququndan məhrum etmək mümkündür.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
12/12/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).