12:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Seminar 12.12.2014

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ciddi rejimində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Məhkumların müraciətləri və onalara baxılması qaydaları" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan respublikasının vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. 
Qeyd edilmişdir ki, müraciət etmək hüququ cəmiyyətin və dövlətin idarə olunmasında vətəndaşların iştirakının bir formasıdır. Vətəndaşların dövlət hakimiyyəti orqanlarına təkliflərlə, ərizələrlə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında bir vasitədir.
Məruzəçi məhkumların müraciətlərinə baxılması qaydaları haqqında qanunvericiliyin tələbləri barədə geniş məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşı Əli Rəhimov yekun vurmuşdur.
 
12/12/2014 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).